İDMAN
Matyudi mükafatını ianə edib VİDEO
Bakı, 26 dekabr, AZƏRTAC
Futbol üzrə Fransa yığmasının yarımmüdafiəçisi Blez Matyudi 2018-ci ilin dünya çempionatında qələbəsinə görə mükafatını aztəminatlı insanlara yardım məqsədi ilə ianə edib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, dünya çempionu titulunu qazandığına görə Fransa yığmasının hər bir oyunçusu 330 min avro mükafat alıb. Matyudi 2016-cı ildə xeyriyyə fondu yaradıb. Təşkilatın başçısı futbolçunun atası Faria Matyudidir.
Futbolçu deyib: “Mən udduğum pulları öz fonduma verdim. Fondum yoxsul ailələrdən olan uşaqlara kömək edir. Kilian Mbappe (Fransa yığmasının hücumçusu) futbolçuların böyük məbləğdə pul qazandığını deyəndə tamamilə haqlı idi. Bu, bizim üçün kiçik məbləğdir, lakin ehtiyacı olanlara çox kömək edəcək”.
Yarımmüdafiəçi Fransa yığmasının heyətində 2010-cu ildən çıxış edir. Bu müddət ərzində keçirdiyi 77 matçda doqquz qol vurub. Dünya çempionatında beş matçda oynayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]
Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz
- 24.04.2024 [11:33]
Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub
- 24.04.2024 [11:08]