İDMAN


Mauro İkardi “İnter” klubu ilə müqaviləsinin müddətini uzatmaq istəmir

Bakı, 12 oktyabr, AZƏRTAC

İtaliyanın “İnter” komandasının hücumçusu Mauro İkardi klubla müqaviləsinin müddətini uzatmaqdan imtina edib.

AZƏRTAC “footballhd.ru”ya istinadla xəbər verir ki, buna səbəb “Real Madrid” və “Mançester Yunayted” klublarının 25 yaşlı argentinalı futbolçu ilə maraqlanmasıdır.

M.İkardinin “İnter” ilə hazırkı müqaviləsinin müddəti 2021-ci ildə başa çatacaq. Müqavilənin qiyməti 96 milyon avro təşkil edir.

Futbolçu cari mövsümdə “İnter”in heyətində 8 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.