Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Mavriki Respublikasının Baş naziri Pravind Kumar Caqnotdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev

Cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və xalqımın adından ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Mavriki ilə Azərbaycanı qarşılıqlı hörmət və dostluğa əsaslanan yaxşı ikitərəfli münasibətlər birləşdirir. Mən əminəm ki, bu əlaqələr gələcəkdə daha da möhkəmlənəcək.

Bu xoş fürsətdən istifadə edərək Qoşulmama Hərəkatının sədri kimi ötən il gözəl təşəbbüsə - videokonfrans vasitəsilə COVID-19-la mübarizəyə həsr olunmuş Zirvə görüşünə ev sahibliyi etdiyinizə görə Sizə və Azərbaycan Hökumətinə təşəkkür edirəm. Əminəm ki, belə təşəbbüslər pandemiyadan ciddi zərər çəkmiş ölkələrə, xüsusilə də Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə yardımın göstərilməsinə, bu çətin zamanda vaksinlərin, dərmanların və tibbi avadanlıqların onlar üçün əlçatan olmasına kömək edəcəkdir.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı bildirir və əmin-amanlıq arzu edirəm.

Hörmətlə,

 

Pravind Kumar Caqnot

Mavriki Respublikasının Baş naziri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin