Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləzizdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnun olduğumu bildirir, Sizə uzun ömür və cansağlığı, dost Azərbaycan xalqına isə davamlı inkişaf və firavanlıq diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək, dost xalqlarımızın maraqları naminə ölkələrimiz arasında mövcud əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və inkişafı istiqamətində səylərin davam etdirilməsi əzmində olduğumuzu bir daha təsdiq edirəm.

Cənab Prezident, səmimi salamlarımı və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Məhəmməd Uld Əbdüləziz

Mavritaniya İslam Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin