CƏMİYYƏT
May ayında 2,3 milyondan çox şəxsə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım ödənilib
Bakı, 3 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayı üzrə ümumilikdə 2,3 milyondan çox şəxsə sosial təminat növləri üzrə ödənişlər həyata keçirilib. Onların 1 milyon 268 min nəfərinə pensiya, 417 min nəfərinə müavinət, 297 min nəfərinə təqaüd ödənilib. 83 min ailə üzrə 350 min ailə üzvünə isə ünvanlı sosial yardım ödənişi edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, may ayında sosial ödəniş alanların sayı ötən ilin may ayı ilə müqayisədə 6,8 faiz və ya 148 min nəfər çox olub.
Ötən ay pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımların maliyyələşdirilməsinə ümumilikdə 474 milyon manat vəsait yönəldilib ki, bu da 2019-cu ilin müvafiq göstəricisinə nisbətən 24,8 faiz və ya 94 milyon manat çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]