DÜNYA
May ayında ABŞ-da işsizlik dərəcəsi azalıb
Vaşinqton, 6 iyun, AZƏRTAC
May ayında ABŞ-da 2,5 milyon yeni iş yeri qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu statistika ABŞ Əmək Nazirliyinin işsizlik haqqında cümə günü dərc olunmuş aylıq hesabatında əks edilib. Bu məlumat çox bədbin proqnozlar verən iqtisadçılar üçün böyük sürpriz olub. Bir sıra analitiklər gözləyirdilər ki, aprel ayında 20 milyondan çox iş yeri itiriləndən, işsizlik dərəcəsinin rekord artımından sonra may ayında 7-8 milyon iş yeri itiriləcək.
Hesabatın müəllifləri qeyd ediblər ki, may ayında ABŞ-da işsizlik aprel ayı ilə müqayisədə 13,3 faizə qədər azalıb. Bu rəqəm 1930-cu illərdən bəri ən böyük aylıq fərq deməkdir.
Hesabatda deyilir: “May ayında asudə vaxtın təşkili və mehmanxana biznesi, tikinti, təhsil və səhiyyə sahələrində, həmçinin pərakəndə ticarətdə məşğulluq kəskin artıb. Dövlət sektorunda məşğulluğun kəskin azalması davam edib”.
Bu hesabat dərc ediləndən sonra Uoll-stritdə Dou-Cons sənaye indeksinin qiyməti 1000 bənddən çox artıb.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]