İQTİSADİYYAT
May ayında Bakıda “QAZ” firma diler mərkəzi açılacaq
Bakı, 25 aprel, AZƏRTAC
Bu ilin may ayında Rusiyanın “Qruppa QAZ” avtomobilqayırma şirkəti “Azərmaş” ASC-nin törəmə müəssisəsi olan “Azevrokar” şirkəti ilə birlikdə Bakıda “QAZ” firma diler mərkəzi açılmasını planlaşdırır.
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, “Azərmaş” ASC və Qorki avtomobil zavodu “QAZ kommersiya avtomobillərinin Azərbaycanda yığılmasının inkişaf etdirilməsi sahəsində əməkdaşlıq haqqında” memorandum imzalayıblar. Həmin sənədə əsasən, 2019-cu ilin sonuna qədər Hacıqabul şəhərində “ГАЗель NEXT”, “ГАЗель БИЗНЕ” kommersiya avtomobillərinin və “ГАЗон NEXT” yük avtomobillərinin yığma istehsalatı yaradılacaq. Müəssisə hər il 1000-ə qədər avtomobil istehsal etməyə imkan verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.01.2023 [16:49]
Azərbaycandan propilenin sopolimerlərinin ixracı artıb
- 08.04.2022 [17:27]
Sahibkarların sənaye zonalarına marağı artır
- 18.12.2021 [13:09]
Ötən ay ölkədə 742,1 kiloqram gümüş istehsal edilib
- 18.12.2021 [12:46]
Keçən ay mis filizləri və konsentratlarının istehsalı artıb
- 17.12.2021 [17:04]
Ötən ay 320,1 kiloqram qızıl istehsal edilib
- 16.12.2021 [16:02]
Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb
- 17.11.2021 [14:52]