DÜNYA


May ayında Türkiyədə 78 terrorçu zərərsizləşdirilib

İstanbul, 4 iyun, AZƏRTAC 

Türkiyədə ölkədaxili sabitliyin və təhlükəsizliyin qorunması istiqamətində may ayı ərzində aparılan əməliyyatlar zamanı 78 terrorçu zərərsizləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən məlumat verilib.

Zərərsizləşdirilən terrorçulardan 12-sinin axtarışda olduğu bildirilib. Yaz-yay əməliyyatları çərçivəsində aprelin 15-dən indiyədək terrorçulara məxsus 403 sığınacaq məhv edilib. Bundan əlavə, 2020-ci ildə Türkiyədə narkotik maddələrin dövriyyəsinə qarşı 55 min 475 əməliyyat keçirilib. Bu əməliyyatlar zamanı 8073 nəfər həbs edilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.