MƏDƏNİYYƏT
May ayında teatr həvəskarlarını maraqlı tamaşalar gözləyir
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrının may repertuarı maraqlı tamaşalarla zəngindir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 1-də və 30-da “Qızıl toy” tamaşası göstəriləcək. Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası mayın 2-də və 9-da, “Ər və arvad” isə ayın 23-də təqdim ediləcək.
Teatr həvəskarları mayın 3-də və 31-də Faiq Sücəddinov və Tamara Vəliyevanın “Mən dəyərəm min cavana”, 10-da və 24-də Emin Sabitoğlu və Tamara Vəliyevanın “Bankir adaxlı” tamaşalarına baxa bilərlər. Mayın 15-də “Talelər qovuşanda”, ayın 16-17-də “Toya bir gün qalmış” tamaşaları təqdim ediləcək. Mark Kamolettinin “Fransızsayağı qarnir” əsəri əsasında hazırlanmış tamaşa mayın 22-də, Emin Sabitoğlu və Cahangir Məmmədovun “www.frezerli-kef.com” tamaşası isə ayın 29-da göstəriləcək.
Həmişə olduğu kimi, teatrın may repertuarında da uşaqlar üçün tamaşalar nəzərdə tutulub. Balacalar mayın 3-də Şarl Perronun “Yatmış gözəl və cırtdanlar”, ayın 9-da Emin Sabitoğlu və Yevgeni Şvartsın “Qırmızı papaq” tamaşalarına baxa bilərlər.
Mayın 10-da “Bir dayan, canavar”, ayın 17-də “Yağış göbələyinin macərası”, 24-də “Düyməcik” tamaşaları göstəriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]