CƏMİYYƏT


May ayının bütün müavinət, təqaüd və ünvanlı yardımları ödənilib

Bakı, 26 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün ödənilib.

AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən verilən məlumata görə, vətəndaşlar həmin sosial ödənişləri onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Beləliklə, may ayının sosial təminat növləri üzrə bütün sosial ödənişləri bu gün yekunlaşıb. Mayın 6-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, mayın 13-də ölkəmizin digər bölgələri üzrə pensiyalar, eyni zamanda, güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.