DÜNYA


Maya Sandu: Mayın 9-da Moldovada hərbi parad olmayacaq

Maya Sandu: Mayın 9-da Moldovada hərbi parad olmayacaq

Kişineu, 28 aprel, AZƏRTAC

Mayın 9-da Moldovada hərbi parad olmayacaq.

AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu məlumat verib.

Prezident bildirib ki, mayın 9-da sadəcə İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş tədbirlər keçiriləcək.

"Mayın 9-da parad təşkil olunmayacaq. Mitinqlər, dinc tədbirlər, müharibədə həlak olanların xatirəsini ehtiramla yad etmək olar. Elə şeylər var ki, onlar hansı formada olursa olsun, anım formasında qəbul olunur”, - deyə dövlət başçısı əlavə edib.

9 May ilə bağlı milli təhlükəsizliyə təhdidlərin olub-olmaması ilə bağlı suala ölkə Prezidenti belə cavab verib: “Biz bu günlə bağlı planların elanlarını eşitmişik. Hüquq-mühafizə orqanları iş başında olmalı, asayişi qorumalıdır. Vəziyyəti pozmağa çalışanlar isə bilməlidirlər ki, cəzalandırılacaqlar”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.