DÜNYA
Maya Sandu: Moldova 2030-cu ilədək Avropa İttifaqının üzvü ola bilər
Bakı, 31 may, AZƏRTAC
Moldova 2030-cu ilə qədər Dnestryanı bölgə ilə birlikdə Avropa İttifaqına qəbul edilə bilər.
AZƏRTAC xəbər verir ki, Moldova Prezidenti Maya Sandu bunu Bloomberg agentliyinə müsahibəsində deyib. “Biz həyat səviyyəsini nə qədər tez yüksəltsək, bir o qədər birləşmək şansımız olacaq... Bu, bizim məqsədimizdir”, - deyə o bildirib.
Mayın 28-də Prezident Maya Sandunun təşəbbüsü ilə ölkədə Avropa İttifaqına inteqrasiya istəyinin nümayiş olunduğu “Avropa Moldovası” şüarı altında mitinq keçirilib.
Avropa İttifaqına üzv ölkələrin dövlət və hökumət başçılarının 2022-ci il iyunun 23-də Brüsseldə keçirilən sammitində Ukrayna və Moldovaya Aİ-yə üzvlük üçün namizəd statusu verilib. Kişineu üzvlüklə bağlı danışıqlara başlamaq üçün islahatlar aparmalı və Dnestryanı problemin həlli də daxil olmaqla, bir sıra şərtləri yerinə yetirməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [23:33]
Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib
- 23.04.2024 [22:58]
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
- 23.04.2024 [21:15]
Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]