DÜNYA


Maya Sandu: Moldova vətəndaşlarının arzuladığı daha yaxşı gələcək üçün islahatlar aparılacaq

Kişineu, 20 aprel, AZƏRTAC

Moldovada həyat keyfiyyətinin yaxşılaşdırılması əsas prioritet hədəfimizdir.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bu fikri AŞPA-nın yaz sessiyasında çıxışı zamanı Moldova Prezidenti Maya Sandu söyləyib.

M.Sandu bildirib ki, Moldova vətəndaşlarının arzuladığı daha yaxşı gələcəyi bir neçə problemin həlli ilə qurmaq olar. Bunlar korrupsiyaya qarşı real mübarizə, müstəqil məhkəmə və ədalət sisteminin qurulması, əlverişli iş mühiti, infrastrukturun, təhsil və səhiyyə sisteminin inkişafıdır.

Onun sözlərinə görə, son prezident seçkiləri Moldovada bütün etnik qrupların vətəndaşlarını milli və şəxsi maraqları güdməyəcək məsul bir hökumət üçün əsas tələb ətrafında birləşdirdi. İnsanlar korrupsiyaya qarşı mübarizə, ədalət məhkəmə islahatı və vətəndaşlar üçün xidmət edən hökumətin yaradılması üçün bir araya gəlib.

“Mənə etimad edən vətəndaşların tələblərini yerinə yetirəcək, ölkədə köklü islahatlar aparılacaq. Çünki vətəndaşlar ölkədə böyük dəyişiklərə səs verdi”, - deyə Maya Sandu əlavə edib.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.