İDMAN


Mayamidə Formula 1 yürüşü ilə bağlı ictimai dinləmələr keçirilib

Bakı, 30 oktyabr, AZƏRTAC

Mayamidə "Hard Rock Stadium” rayonunda Formula 1 yürüşünün keçirilməsi məsələsinə dair ictimai dinləmələr olub. Dinləmələrin nəticələrinə əsasən, Mayami mərhələsinin təşkilatçılarının gələcək addımlarına problemlər yaradan iki qətnamə qəbul edilib.

AZƏRTAC xəbər verir ki, Formula 1-in sahibləri və “Hard Rock Stadium” rəhbərliyi Mayamidə Formula Qran-Prisinin keçirilməsi barədə prinsipial razılaşma əldə ediblər, lakin ictimaiyyət, o cümlədən tras ətrafında yaşayanlar bu dərəcədə radikal dəyişikliklərin əleyhinə çıxıblar.

Bir neçə saat davam edən dinləmələrdən sonra Mayami-Deyd dairəsinin komissiyası iki qətnamə qəbul edib. Birinci qətnamədə söhbət yaşayış məhəllələrinin yanında yolların bağlanmasına qadağa qoyulmasından gedir. Buna görə də trasın təşkilatçılar tərəfindən təklif edilmiş konfiqurasiyasını dəyişdirmək lazım gələcək. İkinci qətnamədə promouterlərə rəsmi icazə verilməzdən əvvəl yeni ictimai dinləmələr təyin edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.