İDMAN


Mayamidə yürüşün keçirilməsi barədə məsələyə baxılması yenidən təxirə salınıb

Bakı, 10 aprel, AZƏRTAC 

Formula 1-in “Liberty Media”dan olan sahibləri ABŞ ərazisində birdən artıq Qran-Prinin keçirilməsi barədə istəklərini dəfələrlə bildiriblər. İlk növbədə, söhbət Mayami mərhələsindən gedir. Plana görə bu şəhər trassında mərhələ artıq bu il təşkil olunmalı idi. Lakin ictimaiyyətin təzyiqi altında bu planlardan imtina etmək lazım gəlib.

AZƏRTAC xəbər verir ki, bundan sonra “Liberty Media”nın nümayəndələri mərhələnin 2020-ci ildə təşkil olunması barədə razılıq əldə etmək cəhdi ilə müxtəlif şəhər təşkilatları ilə bir sıra görüşlər keçiriblər. Yürüşün taleyi Mayami Şəhər Komissiyasının ötən iclasında həll olunmalı idi, lakin bu, baş vermədi.

“RaceFans” yazır ki, şəhər hakimiyyət orqanları Mayami Qran-Prisinin keçirilməsi barədə məsələyə baxılmasını Şəhər Komissiyasının mayın 23-nə təyin edilən növbəti iclasınadək təxirə salıblar.

Ötən ilin payızında Mayamidə azarkeşlər üçün festival keçirilib. 80 min tamaşaçının toplanması yerli sakinlərin Formula 1-ə olan marağını nümayiş etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.