İQTİSADİYYAT


Mayda “195-2” Çağrı mərkəzinə 2000-ə yaxın müraciət daxil olub

Bakı, 14 iyun, AZƏRTAC

Ötən ay ərzində İqtisadiyyat Nazirliyinin “195-2” Çağrı mərkəzinə 1946 müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müraciətlər əsasən, istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin, verilməsi və həmçinin İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətlərinə dair digər məsələlərlə bağlı olub. Daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə İqtisadiyyat Nazirliyinin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.

Qeyd edək ki, “195-2” Çağrı mərkəzi ilə stasionar və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan zənglər və “195-2” Çağrı mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.