İQTİSADİYYAT


Mayda “Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsilə 13 min müraciət edilib

Bakı, 5 iyun, AZƏRTAC

Cari ilin may ayında “Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsilə 13 min müraciət edilib.

“Azərişıq” ASC-nin abonentlərə göstərdiyi xidmətlərin bütün regionlardakı “ASAN xidmət” mərkəzlərini əhatə etməsi, eyni zamanda, 2018-ci il ərzində əlavə üç xidmətin yaradılaraq, xidmətlərin sayının 13-ə çatdırılması may ayı ərzində səhmdar cəmiyyətə daxil olan müraciətlərin sayında artıma səbəb olub. Belə ki, həmin üç yeni xidmətdən ikisi məhz may ayının əvvəlindən etibarən fəaliyyətə başlayıb. Bunlar “yük hesabatının hazırlanması” (elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd) və “istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi” adlı xidmətlərdir.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə may ayı ərzində “Azərişıq” ASC-nin “ASAN xidmət” mərkəzləri vasitəsilə göstərdiyi 13 xidmət üzrə (əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, borcun araşdırılıb bu sənədin verilməsi, əhali istehlakçısının ad dəyişdirilməsi, qeyri-əhali qrupuna aid abonentlərə üzləşmə aktlarının verilməsi, qeyri-əhali istehlakçısının ad dəyişdirilməsi, smart-kartların bərpası və yenisinin verilməsi, abonentin geniş tarixçəsinin verilməsi, sayğacın zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, smart-karta ödənişin yüklənməsi və nəhayət, məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu, yük hesabatının hazırlanması və ya elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənədin verilməsi, istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi) 13 minə yaxın müraciət olunub.

“Azərişıq” ASC-nin göstərdiyi 13 xidmət arasında xüsusi əhəmiyyət daşıyan 150 kVt-a qədər sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün 245 sahibkar, evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün isə 4240 vətəndaş müraciət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.