İDMAN


Mayda Bakıda keçirilməsi nəzərdə tutulan paracüdo üzrə Qran-Pri yarışları gələn il təşkil olunacaq

Bakı, 4 aprel, AZƏRTAC

Mayın 11-12-də Bakıda keçirilməsi nəzərdə tutulan paracüdo üzrə Qran-Pri yarışları gələn il təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınmasına dair tövsiyələrinə əsasən Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) ilə müzakirələr aparıb və bu qərara gəlib.

Əldə edilmiş razılığa əsasən Qran-Pri yarışı Bakıda 2021-ci ilin mayında keçiriləcək və “Tokio 2020” Yay Paralimpiya Oyunları öncəsi sonuncu təsnifat turniri olacaq. Eləcə də IBSA 2020-ci ildə idmançılar üçün yarışların məhdud olmasını və AMPK-nın 2019-cu ildə keçirilmiş Qran-Prinin yüksək səviyyədə keçirilməsini nəzərə alaraq cari ilin noyabrda Bakıda dünya kubokunun və beynəlxalq təlim-məşq toplanışlarının keçirilməsi ilə bağlı komitəyə müraciət edib. Bununla bağlı AMPK-da iclas keçiriləcək və yarışın keçirilməsi ilə bağlı müzakirələr aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.