İQTİSADİYYAT
Mayda “BakuBus” MMC-yə məxsus avtobuslarda unudulan bəzi əşyalar sahiblərinə təhvil verilib
Bakı, 20 iyun, AZƏRTAC
Mayda “BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 8 çanta, 5 mobil telefon, 4 pulqabı, 1 qovluq, 1 qeyd dəftəri və bir açar sahiblərinə təhvil verilib.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, eyni zamanda, sahiblərinə çatdırılması üçün 4 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, bir nəfərə məxsus tələbə bileti, 1 nəfərə məxsus diplom, 1 nəfərə məxsus vəsiqə, 1 nəfərə məxsus ambulator kart, 2 ədəd müqavilə, 1 bank çıxarışı, 1 ədəd göndəriş “Poçtap” xidmətinə təqdim olunub.
Həmçinin 8 pulqabı, 7 müxtəlif kart, 6 açar, 2 mobil telefon, 3 eynək, 1 qol saatı, 1 sırğa və bir çətir Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verilib.
Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər əşyalar “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus” MMC-dən təhvil ala bilərlər.
Sərnişinlər avtobuslarda unutduqları sənəd və əşyaların “BakuBus” MMC-yə daxil olub-olmaması barədə “www.alo141.az” saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən və tapılan əşyalar” bölməsində yerləşdirilir.
“BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan sənəd və əşyalara görə məsuliyyət daşımır.