İQTİSADİYYAT


Mayda Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Texniki Şuralarına müraciətlərin sayı açıqlanıb

Bakı, 8 iyun, AZƏRTAC

Keçən ay sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) Texniki Şuralarına 214 müraciət daxil olub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, bütün müraciətlər araşdırılıb və cavablandırılıb.

Müraciətlərə Bakıda və regionlarda yerləşən 17 “ASAN xidmət” və 2 “ASAN Kommunal” mərkəzində və Xaçmaz KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralarda baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.