İQTİSADİYYAT


Mayda OPEC üzrə neft hasilatı artıb

Bakı, 12 iyun, Nihad Budaqov, AZƏRTAC 

May ayında Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzrə gündəlik neft istehsalı artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, OPEC-in xam neft istehsalı mayda aprel ayı ilə müqayisədə gündəlik 35 min barrel artaraq 31 milyon 870 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə dəyişməyərək 32,6 faiz təşkil edib.

Ötən ay OPEC üzrə xam neft istehsalı ən çox Səudiyyə Ərəbistanında artıb. Belə ki, mayda aprel ayı ilə müqayisədə Səudiyyə Ərəbistanının sutkalıq neft hasilatı 85 min 500 barrel artaraq 9 milyon 987 min barrelə çatıb.

Nigeriyada isə istehsal azalıb. Ölkənin gündəlik neft hasilatı əvvəlki ayla müqayisədə 53 min 500 barrel azalaraq 1 milyon 711 min barrelə düşüb.

Dünya üzrə 2 min 177 neft platforması istismara verilib və onların 556-sı OPEC-ə üzv olan ölkələrdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.