İQTİSADİYYAT


Mayda bankların kredit portfelinin qalığında artım olub

Mayda bankların kredit portfelinin qalığında artım olub

Bakı, 22 iyun, AZƏRTAC

Bankların kredit portfelinin qalığı may ayında 1.4 faiz (257.9 milyon manat) artaraq 18,098.3 milyon manat olub.

AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 57.5 faiz (10,414 milyon manat) təşkil edib. Ümumilikdə, cari ilin 5 ayında kredit portfelinin artımının 47 faizi biznes, 39 faizi istehlak, 14 faizi isə ipoteka kreditləri hesabına olub. Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı 3.6 faiz təşkil edib. Qeyd olunan göstərici ilin əvvəlinə nəzərən 0.6 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 2.4 faiz bəndi azalıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.