İQTİSADİYYAT


Mayda xarici vətəndaşlar ölkəmizdə bank kartları ilə 24,3 milyon manatlıq əməliyyat aparıblar

Bakı, 30 iyun, AZƏRTAC

Koronavirus pandemiyasının yayılması ilə əlaqədar bu ilin mart ayından etibarən ölkəmizə gələnlərin sayında azalma müşahidə edilib.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyun sayına istinadla xəbər verir ki, mayda xarici vətəndaşların ölkəmizdə bank kartları vasitəsilə apardıqları əməliyyatları 24,3 milyon manat təşkil edib. Ümumilikdə isə 2020-ci ilin yanvar-may ayları ərzində əcnəbilərin Azərbaycanda bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 256 milyon manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.