CƏMİYYƏT


Mayın 11-də Azərbaycanda COVID-19 əleyhinə 4 min dozadan çox vaksin vurulub

Bakı, 11 may, AZƏRTAC

Mayın 11-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 4 min 558 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 466, ikinci doza vaksinlərin sayı - 525, üç və daha çox doza vaksinlərin sayı – 3 min 188, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 379-dur.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 674 min 449, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 342 min 437, ikinci mərhələ üzrə 4 milyon 842 min 755, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 247 min 205, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 242 min 52-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.