CƏMİYYƏT


Mayın 14-də baş vermiş maqnit qasırğası il yarım ərzində ən şiddətlisi olub

Bakı, 14 may, AZƏRTAC 

Mütəxəssislərin rəyinə görə, bu gün səhərdən başlayan maqnit qasırğası il yarım ərzində ən şiddətlisi olub və hələ kifayət qədər uzun müddət davam edəcək. AZƏRTAC “Moskovski komsomolets” nəşrinə istinadla xəbər verir ki, hazırda onu G3 kateqoriyasına, yəni “şiddətli maqnit qasırğaları” sinfinə aid edirlər.

Maqnit qasırğası Moskva vaxtı ilə saat 6-dan sonra başlayıb və ilkin olaraq, G2 “mülayim” sinfinə aid edilib. Bu, 2019-cu ildə onu daha şiddətli edib, lakin bu qasırğanın insanların əhvalı üçün təhlükəli olduğundan bəhs olunmayıb: hesab edilir ki, bu səviyyədə gərginliyin təsiri daha çox özünətəlqinlə izah olunur.

Bununla belə, günortaya yaxın qasırğanın şiddəti artıb və ekspertlər onu mövcud olan beş kateqoriyadan G3-ə aid ediblər. Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun rentgen astronomiyası laboratoriyasının əməkdaşı Sergey Boqaçov “RIA Novosti” agentliyinə bildirib ki, bu, qasırğanı ən azı il yarım ərzində daha şiddətli edir. Ekspert qeyd edib ki, bu cür hadisələr baş verdiyində meteohəssas insanlar ehtiyatlı olmalıdırlar. Bununla yanaşı, qeyd olunur ki, geomaqnit gərginlik radio rabitəsində əngəllər yarada və qütb şəfəqinə səbəb ola bilər.

Hesab edilir ki, hazırkı məqamda hadisələrin pik həddi arxada qalıb, beləliklə, o, G4 və ya G5 kateqoriyalarına aid edilməyəcək. Lakin Yerin maqnit sahəsinin tam normallaşması böyük ehtimalla gecə saatlarından əvvəl baş verməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.