DÜNYA


Mayın 15-dən Türkiyəyə gələcək bəzi ölkə vətəndaşlarından koronavirus testi tələb edilməyəcək

İstanbul, 3 may, AZƏRTAC

Bu il mayın 15-dən etibarən Türkiyəyə gələcək 15 ölkənin vətəndaşları üçün COVID-19 (PSR) testi məcburiyyəti ləğv edilir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Türk Hava Yolları” aviaşirkətinin rəsmi internet səhifəsində bildirilib.

Məlumatda qeyd edilib ki, mayın 15-də qüvvəyə minəcək yeni qərara əsasən, Hong Kong, Çin, Tayvan, Vyetnam, Avstraliya, Yeni Zelandiya, Sinqapur, Tayland, Cənubi Koreya, İsrail, Yaponiya, Birləşmiş Krallıq, Latviya, Lüksemburq, Ukrayna və Estoniyadan Türkiyəyə gələcək sərnişinlərdən COVID-19 testi tələb edilməyəcək.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.