DÜNYA


Mayın 26-da Madriddə bələdiyyə seçkiləri keçiriləcək

Madrid, 20 may, AZƏRTAC

Mayın 26-da Madriddə bələdiyyə seçkiləri keçiriləcək. AZƏRTAC xəbər verir ki, seçkilərdə 19 partiya iştirak edəcək.

İlkin sorğuların nəticələrinə görə, bələdiyyə başçısı – alkald vəzifəsinə əsas namizədlər 5 partiyanın – seçkilərdə qalib gəlmiş sol mərkəzçi İspaniya Sosialist İşçi Partiyasının (PSOE), Madridin indiki meri Emanuel Karmenin başçılıq etdiyi “MásMadrid” Partiyasının, mərkəzçi “Vətəndaşlar” (Ciudadanos) Partiyasının, mühafizəkar Xalq Partiyasının (PP) və ultrasağçı “Vox” partiyasının nümayəndələridir.

Qeyd edək ki, mayın 26-da İspaniyada Avropa Parlamentinə və 12 muxtar birliyin (Araqon, Asturiya, Balear adaları, Kanar adaları, Kantabriya, Kastiliya-la-Manç, Kastiliya-Leon, Estremadura, Madrid Birliyi, Mursiya, Navarra və Rioxa) parlamentlərinə də seçkilər keçiriləcək.

“Sigma Dos”un “El Mundo” qəzeti üçün tədqiqatlarının nəticələri göstərir ki, İspaniya Sosialist İşçi Partiyası (PSOE) mayın 26-da keçiriləcək seçkilərin yekunlarına əsasən Xalq Partiyasının 24 illik hakimiyyətindən sonra Madrid birliyinin idarəçiliyini özünə qaytara bilər.

Seçicilərin yüksək fəallıq nümayiş etdirəcəyi gözlənilir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.