CƏMİYYƏT


Mayın 27-də Azərbaycanda COVID-19 əleyhinə 2 min 747 doza vaksin vurulub

Bakı, 27 may, AZƏRTAC

Mayın 27-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2 min 747 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 279, ikinci doza vaksinlərin sayı - 206, üç və daha çox doza vaksinlərin sayı – 2 min 26, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 236-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 718 min 660, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 347 min 151, ikinci mərhələ üzrə 4 milyon 848 min 462, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 277 min 606, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 245 min 441-dir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.