CƏMİYYƏT


Mayın 3-ü gündüzdən etibarən ölkə ərazisində yağıntıların tədricən kəsiləcəyi gözlənilir

Bakı, 1 may, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin mayın 1-i saat 13:00-a olan məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, düşən yağıntının miqdarı Lerik, Lənkəranda 5, Yardımlı, Sədərəkdə 4, Gədəbəy, Ordubad, Ağdərə (Ordubad), Naxçıvanda 3, Neftçala, Şərurda 2, Şahbuz, Daşkəsən, Bərdə, Sabirabad, Cəfərxan, Salyan, Biləsuvar, Astarada 1 millimetrədək olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 3-ü gündüzədək davam edəcək, gündüz yağıntı tədricən kəsiləcək. Mülayim şimal-şərq küləyi əsəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.