CƏMİYYƏT


Mayın 5-də Azərbaycanda yeni koronavirusa qarşı 30 minə yaxın vaksin vurulub

Bakı, 5 may, AZƏRTAC

Mayın 5-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 29 min 778 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 7957, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 21821 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 566 min 106-ya bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 987 min 962, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 578 min 144 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.