CƏMİYYƏT


Mayın 6-da Azərbaycanda COVID-19 əleyhinə 4 min dozadan çox vaksin vurulub

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 4 min 242 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 445, ikinci doza vaksinlərin sayı - 391, üç və daha çox doza vaksinlərin sayı – 3 min 62, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 344-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 663 min 10, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 341 min 313, ikinci mərhələ üzrə 4 milyon 841 min 526, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 239 min 94, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 241 min 77-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.