CƏMİYYƏT


Mayın 7-də Azərbaycanda COVID-19 əleyhinə 3 min dozadan çox vaksin vurulub

Bakı, 7 may, AZƏRTAC

Mayın 7-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 3 min 565 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 358, ikinci doza vaksinlərin sayı - 399, üç və daha çox doza vaksinlərin sayı – 2 min 507, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 301-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 666 min 575, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 341 min 671, ikinci mərhələ üzrə 4 milyon 841 min 925, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 241 min 601, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 241 min 378-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.