Mayın birinci ongünlüyündə minimum temperatur Qazax və Gədəbəydə qeydə alınıb
AzerTAg.az
Bakı, 18 may, AZƏRTAC
Respublikanın əksər bölgələrində may ayının birinci ongünlüyü havanın orta temperaturu çoxillik iqlim normasına yaxın, bəzi yerlərdə 1º C yüksək olub və yağıntılı hava şəraiti ilə səciyyələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, havanın dekadalıq orta temperaturu Maştağada 14,5ºC, Mərkəzi Aran, Mil-Muğan və Qarabağ bölgələrində 16-17⁰ C, Lənkəran-Astara bölgəsində 12-17º C, Qubada 12º C, Şəki-Zaqatalada 15-16⁰ C, Dağlıq Şirvan bölgəsində 12-13º C, Gəncə-Daşkəsəndə və Naxçıvanda 16º C, Qazax-Tovuzda 9-15⁰ C təşkil edib.
Havanın minimum temperaturu Qazax və Gədəbəydə 3º C, Qubada 6º C, Dağlıq Şirvanda 7-8º C, Ceyrançöl və Naxçıvanda 8º C, Tovuz, Şəki, Zaqatalada 9º C, Maştağa, Gəncə, Lənkəran və Göyçayda 10º C, Cəfərxan, Zərdab və Bərdədə 11º C, Astarada 13º C qeydə alınıb.

Xəbərin mətnində orfoqrafik səhv var