CƏMİYYƏT


Mayın sonunda I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçiriləcək

Bakı, 8 may, AZƏRTAC

Respublika Talassemiya Mərkəzinin (RTM) rəhbərliyi və aparıcı mütəxəssisləri “Talassemiyasız həyat naminə” regional simpoziumlar keçirilən rayon və şəhərlərdə talassemiyalı pasiyentlərin müalicə aldığı müəssisələrin şəraiti ilə yaxından tanış olub. Müvafiq şöbələrdə fəaliyyət göstərən həkimlər və orta tibbi personal ilə maarifləndirici söhbətlər aparılıb. Bütün regionları əhatə edəcək tədbirlərdən sonra sonuncu simpozium mayın 22-25-də Bakıda Talassemiya Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyinə həsr olunmuş I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi çərçivəsində keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bunu mayın 8-də Talassemiya Mərkəzində keçirilmiş mətbuat konfransında RTM-in direktorunun elmi işlər üzrə müavini, tibb üzrə fəlsəfə doktoru, dosent Ramin Bayramlı bildirib.

Diqqətə çatdırılıb ki, regional simpoziumlar bitdikdən sonra cari ilin sentyabr ayından etibarən Talassemiya Mərkəzində regionlarda talassemiyanın müalicəsi ilə məşğul olan mütəxəssislər üçün əvvəlcədən müəyyən olunmuş qrafikə uyğun olaraq, treninqlər təşkil olunacaq: “Bu treninqlərin əsas məqsədi, regionlarda xidmət göstərən həkim mütəxəssislərin nəzəri biliklərinin və praktiki səriştələrinin artırılmasıdır. Buna paralel olaraq təhsil müəssisələrində və “ASAN xidmət” mərkəzlərində talassemiyanın qarşısının alınması məqsədilə maarifləndirici seminarlar mütəmadi keçiriləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.