DÜNYA


“Maykl” fırtınası ABŞ-da iki nəfərin ölümünə səbəb olub

Bakı, 11 oktyabr, AZƏRTAC

Tropik fırtına səviyyəsinə enən “Maykl” qasırğası ABŞ-da azı iki nəfərin ölümünə səbəb olub.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, həlak olanlardan biri 11 yaşlı uşaq, digəri isə evinin üstünə ağac düşən kişidir.

“Maykl” fırtınasının mərkəzi Florida ştatının ərazisindən keçərək Corciya ştatının Olbani şəhərinin 30 kilometrliyinə çatıb. Hazırda küləyin sürəti saatda 120 kilometrə qədər azalsa da, leysan yağışları və daşqınlar hələ də təhlükə yaradır. İndiyədək fırtınanın ABŞ-a vurduğu zərər milyardlarla dollar həcmində qiymətləndirilir. “Maykl” meteoroloji müşahidələrin başladığı 1851-ci ildən bəri ən güclü fırtına kimi Florida ştatının tarixinə düşüb.

ABŞ-ın Şimali və Karolina ştatlarının Atlantik okeanı sahillərində fırtına təhlükəsi elan olunub, regionda yerləşən dəniz limanları bağlanıb. Meksika körfəzində dalğaların hündürlüyü 8,5 metrə çatıb. Fırtına səbəbindən 230-dan çox aviareys ləğv edilib. Bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp Florida ştatına federal yardım ayrılması ilə bağlı göstəriş verib.

Xatırladaq ki, oktyabrın 9-da “Maykl” fırtınası Salvador, Nikaraqua və Honduras sahillərini vurub. Təbii fəlakət Mərkəzi Amerikada azı 13 nəfərin həyatına son qoyub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.