DÜNYA


“Maykl” qasırğası qurbanlarının sayı 29 nəfərə çatıb

Bakı, 17 oktyabr, AZƏRTAC

ABŞ-da “Maykl” qasırğası qurbanlarının sayı 29 nəfərə çatıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Florida ştatında 20, Virciniyada 5, Şimali Karolinada 3, Corciyada 1 nəfər həlak olub. Habelə dağıntılar arasında qalanların axtarışı davam etdirilir. Onların sayının 1000 nəfərdən çox olduğu bildirilir. Hökumət orqanları onların öldüyünü güman edir və qurbanların sayının artacağı proqnozunu verir.

“Maykl” qasırğası ABŞ-ın cənub sahillərinə çərşənbə günü çatıb. Həmin vaxt qasırğanın gücü Saffir-Simpson şkalası üzrə dördüncü kateqoriyada qiymətləndirilib. Lakin sonra qasırğa zəifləməyə başlayıb. “Maykl” güclü külək və leysanlar gətirib ki, bu da ölkənin cənub-şərqində daşqın və dağıntılara səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.