DÜNYA


“Maykl” qasırğası üçüncü kateqoriyayadək güclənib

Bakı, 10 oktyabr, AZƏRTAC

“Maykl” qasırğası Meksika körfəzində üçüncü kateqoriyayadək güclənib və Florida sahillərinə doğru hərəkət edir. Bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, sinoptiklər küləyin saatda 195 kilometrə çatdığını bildirirlər. Əhali fırtına, leysan və daşqınlar barədə məlumatlandırılıb.

Florida sahillərindən 435 kilometr məsafədə olan qasırğa saatda 19 kilometr sürətlə ştata doğru irəliləyir. ABŞ-ın Alabama və Florida ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Ötən gün “Maykl” Salvador, Nikaraqua və Honduras sahillərini vurub. Təbii fəlakət Mərkəzi Amerikada azı 13 nəfərin həyatına son qoyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.