DÜNYA


“Maykl” son 14 ildə ABŞ-da ən güclü qasırğa adlandırılıb

Vaşinqton, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da Florida ştatına bütün gücü ilə üz tutan “Maykl” qasırğası 1992-ci ildə ABŞ-ın kontinental hissəsinə zərbə vuran “Endrü” qasırğasından sonra ən güclüsü adlandırılıb. Qasırğanın 4-cü dərəcəsinə çevrilən “Maykl” Panama-Sitidən başlayaraq, bir gün ərzində ştatın şimal-qərb hissəsindəki onlarca yaşayış məntəqəsi üzərindən keçib.

AZƏRTAC xəbər verir ki, qasırğanın mərkəzində onun gücü saatda 249 kilometrə çatıb. Qasırğa Meksiko-Biç kurort şəhərciyini praktik olaraq yerlə yeksan edib. Təxliyə olunmayan ən azı 280 nəfər bu şəhərcikdə qalıb. Onların əksəriyyəti itkin düşüblər.

Qasırğa səbəbindən azı 6 nəfər, o cümlədən Floridada 4 nəfər həyatını itirib. Şimali Karolinada bir nəfər öz avtomobilində, 11 yaşlı qız isə Corciya ştatında qasırğanın qurbanı olub. Həlak olanların sayının artacağı ehtimal edilir.

“Maykl” Atlantik hövzəsində 2018-ci il ərzində 7-ci qasırğadır. Adətən ilin bu vaxtına qədər orada 5-dək qasırğa əmələ gəlir.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.