DÜNYA


Maynts “dizelsiz şəhər” statusu almağa yaxınlaşır

Berlin, 8 yanvar, AZƏRTAC

Almaniyada dizel mühərrikli köhnə avtomobillərin hərəkətinin qadağan ediləcəyi növbəti şəhər Maynts ola bilər. Şəhərin inzibati məhkəməsi ekoloq fəalların iddiası əsasında müvafiq verdikt çıxarıb.

AZƏRTAC xəbər verir ki, federal kansler dəftərxanasının rəhbəri Helge Braunun sözlərinə görə, hökumət “Ətraf mühitin müxtəlif zərərli təsirlərdən qorunması haqqında” və “Yol hərəkəti haqqında” qanunlara düzəlişlər etməyə hazırlaşır. Təklif olunan dəyişikliklərə əsasən, bu cür qadağa yalnız havada azot-dioksid maddəsinin orta illik konsentrasiyası hər kubmetr üçün 50 mikroqramdan çox olan şəhərlərdə tətbiq edilə bilər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.