DÜNYA


Mayorkada güclü yağışlar ən azı 6 nəfərin həyatına son qoyub

Madrid, 10 oktyabr, AZƏRTAC

Bu gecədən başlayan güclü leysan yağışlar Mayorkanın San-Lorenso-des-Kardassar rayonunda güclü daşqınlara səbəb olub. Artıq yüzlərlə sakin təxliyə edilib.

AZƏRTAC xəbər verir ki, son saatlar ərzində bu zonaya hər kvadratmetrə 257 litrdən çox yağıntı düşüb.

Mayorkada pis hava şəraiti ən azı 6 nəfərin həyatına son qoyub: 2 nəfər öz yaşayış yerini vaxtında tərk edə bilməyib, San-Lorenso-des-Kardassarın digər sakinini elə öz avtomobilindəcə güclü su axını aparıb. 9 nəfər itkin düşüb. Ölənlərin sayının artacağı istisna edilmir.

Valensiyadan fəlakət zonasına 80 xilasedici briqada və hərbi texnika göndərilib. Sinoptiklərin proqnozuna görə, sabah da Malaqa, Barselona və Jironanın ərazilərində güclü yağışlar gözlənilir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.