DÜNYA


“McAfee” antivirus proqramının müəllifi Con Makafi Barselona həbsxanasında ölüb

Vaşinqton, 24 iyun, AZƏRTAC

Antivirus proqram təminatı yaradan “McAfee” şirkətinin təsisçisi, sahibkar Con Makafi Barselona həbsxanasının kamerasında ölüb. Bu hadisədən cəmi bir neçə saat əvvəl İspaniya məhkəməsi Makafinin vergidən yayınmaqda ittiham üzrə ABŞ-a ekstradisiya edilməsinə razılıq vermişdi.

AZƏRTAC xəbər verir ki, Kataloniya Ədliyyə Departamentinin məlumatına görə, həbsxana həkimləri Makafini reanimasiya etməyə çalışıblar, lakin onların səyləri nəticə verməyib. Bəyanatdan bəlli olur ki, Makafi intihar edib.

“McAfee” şirkəti tərəfindən yaradılmış ilk antivirus proqram təminatı kompüter dünyasında dəyəri milyardlarla ölçülən yeni sənaye sahəsinin inkişafına təkan verib. 2020-ci ilin oktyabr ayında Makafi İspaniyada həbs edilib. O, dörd il ərzində kriptovalyuta və öz həyat tarixi ilə bağlı hüquqların satışı üzrə məsləhətçi kimi milyonlar qazandığına baxmayaraq vergi bəyannaməsi təqdim etmədiyinə görə ittiham olunur. ABŞ Ədliyyə Departamentinin fikrincə, Makafi saxta hesablar tərtib etməklə vergi ödəməkdən yayınırmış. O həm də öz aktivlərini, o cümlədən daşınmaz əmlakını və yaxtasını gizlətməkdə ittiham olunurdu.

 

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.