İDMAN


“McLaren” “İndianapolisin 500 mili” yürüşlərində iştirak üçün Alonsonun bolidini təqdim edib

Madrid, 9 aprel, AZƏRTAC

“McLaren” komandası Formula 1 mövsümünün ikiqat dünya çempionu, ispaniyalı Fernando Alonsonun mayın 26-da “İndi-500” əsas yürüşündə (ABŞ, İndiana ştatı) sükanı arxasında oturacağı və özünü avtoidmanın “Üçqat tac”ını qazanmağı sınayacağı bolidini təqdim edib.

AZƏRTAC İspaniya KİV-lərinə istinadla xəbər verir ki, Böyük Britaniyanın Vokinq şəhərindəki zavodda hazırlanan bolid komandanın əsasını qoyan Bryus MakLarenin 1966-cı ildə özünün ilk Formula 1 Qran-Prisində istifadə etdiyi papaya rəngindədir. Bolidin xarici görünüşü “MCL34”ün eleronlu, arxa hissəsi göy rəngə boyanmış “kraliça” kateqoriyasını xatırladır.

Fernando Alonso “66” nömrəsi altında çıxış edəcək. Bu nömrə 1972-ci ildə amerikalı Mark Donoxyunu komandasının ilk qələbəsinə aparıb.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.