CƏMİYYƏT


Mebel salonundan seyf oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 22 noyabr, AZƏRTAC

Paytaxtın Nizami rayonu ərazisindəki mebel salonlarının birindən seyf oğurlamaqda şübhəli bilinən Z.Kərimov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon ərazisindəki mebel salonlarının birindən içərisində 1500 manat məbləğində pul olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Kərimov Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.