İQTİSADİYYAT


Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 19,3 faiz artıb

Bakı, 10 may, AZƏRTAC

Cari ilin yanvar-aprel aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 448,8 milyon manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz və ya 234 milyon 348,9 min manat artıb, daxilolmalar üzrə proqnoz 136 milyon 693,4 min manat artıq icra edilib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz artaraq 912 milyon manat təşkil edib, proqnoz 119,8 faiz icra olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.