İQTİSADİYYAT


Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 7,9 faiz artıb

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 7,9 faiz artıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 789,6 milyon manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz artıb.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, daxilolmalar üzrə proqnoz 253,7 milyon manat artıq yerinə yetirilib.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artaraq 1 milyard 771,5 milyon manat təşkil edib, proqnoz 112,8 faiz icra olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.