SİYASƏT


Məcburi köçkün ailələri üçün inşa olunan qəsəbə və məhəllələrdə aparılan tikinti işlərinin gedişi diqqət mərkəzindədir

Bakı, 27 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məcburi köçkünlər üçün Göygöl və Hacıqabul rayonlarında salınan qəsəbələrdə tikinti işlərinin gedişi ilə tanış olub.

Komitədən AZƏRTAC-a bildiriblər ki, Əli Həsənov tikinti şirkətlərinin rəhbərləri ilə söhbət edib, tövsiyələrini verib.

Məlumat verilib ki, tikinti işləri başa çatmaq üzrədir. Qəsəbə qaz, su və elektrik enerjisi ilə tam təchiz olunacaq.

Baş nazirin müavini deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Əli Həsənov məcburi köçkünlərin məskunlaşdırılmasının Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələ olduğunu qeyd edərək bildirib ki, Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə qarşıya konkret vəzifələr qoyub. Bu vəzifələrin yüksək səviyyədə həlli istiqamətində Prezident İlham Əliyevin müəyyən etdiyi strategiya, həmçinin dövlətimizin başçısının qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğısından irəli gələn tapşırıqlar vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirilməlidir.

Göygöl və Hacıqabul rayonları ərazisində salınan bu yaşayış massivi dövlətimizin başçısının müvafiq sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramının müvafiq bəndinə əsasən inşa edilir. Qəsəbələrdə məktəb binası, uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi də tikilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məcburi köçkünlərlə də görüşüb onların istək və arzularını dinləyib və müvafiq tapşırıqlar verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.