CƏMİYYƏT


“Məcburi köçkün icmalarında gender əsaslı  zorakılığın qarşısının alınması və cavab tədbirləri” mövzusunda tədbirlər keçirilib

Bakı, 26 sentyabr, AZƏRTAC

Sabunçu rayonunun Pirşağı, Ramana və Sabunçu qəsəbələrində fəaliyyət göstərən məcburi köçkün məktəblərində “Məcburi köçkün icmalarında gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri” mövzusunda silsilə tədbirlər keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, maarifləndirmə məqsədilə təşkil olunan tədbirlərdə məcburi köçkün məktəblərinin müəllim və şagirdləri, valideynlər və qəsəbə ziyalıları iştirak ediblər.

Tədbirlərdə layihənin əlaqələndiricisi, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lüdmila Xəlilova və tədbirə dəvət edilmiş müstəqil ekspertlər “Uşaqların cismani cəzadan qorunması”, “Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməməsi”, “Məişət zorakılığın növləri” və s. digər mövzular ətrafında çıxışlar edib, müzakirələr aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.