CƏMİYYƏT
Məcburi köçkünlərin məskunlaşdıqları binada baş verən yanğında xəsarət alan 7 nəfərə tibbi yardım göstərilib
Bakı, 10 aprel, AZƏRTAC
Xəbər verdiyimiz kimi, aprelin 10-da paytaxtda, Babək prospektində yerləşən məcburi köçkünlərin məskunlaşdıqları binada yanğın baş verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hadisə zamanı orta yaşlı bir kişi qorxaraq özünü binanın 3-cü mərtəbəsindən aşağı atıb. Həmin şəxs təcili yardım maşını ilə Sabunçu rayonundakı 3 nömrəli şəhər klinik xəstəxanaya aparılıb.
Hal hazırda hadisə yerində 2 həkim briqadası çalışır. 3 kişi, 3 qadın və 1 uşağa həkimlər yerində yardım göstəriblər.
Xəsarət alanlar barədə əlavə məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]