CƏMİYYƏT


Məcburi köçkünlərlə növbəti görüş keçirilib

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 9-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, şöbə və departament rəhbərləri iştirak ediblər. Əvvəlcədən görüşə yazılmış vətəndaşların fərdi şəkildə müraciətləri dinlənilib.

Məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil, qeydiyyat, vahid aylıq müavinət məsələləri ilə bağlı olub. Məcburi köçkünlər öz problemləri barədə məlumat verməklə yanaşı, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən dövlət proqramının icrasından, Heydər Əliyev Fondunun bu sahədəki xeyirxah xidmətlərindən razılıqlarını bildiriblər.

Sosial problemlərinin həlli ilə əlaqədar Dövlət Komitəsinin sədrinə müraciət edən məcburi köçkünlərə bir daha məlumat verilib ki, onlarla bağlı məsələ Prezident İlham Əliyev tərəfindən ölkəmizdə uğurla icra edilən sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Dövlətimizin başçısının bu kateqoriyadan olan vətəndaşların məşğulluğunun təmin edilməsi, maddi rifahının yüksəldilməsi üçün verdiyi tapşırıqlar icra olunur. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən ağır və ən qəzalı şəraitdə yaşayan məcburi köçkünlər üçün yeni yaşayış sahələrinin inşasına şəxsən nəzarət edir. Həyata keçirilən tədbirlər məcburi köçkünlərin dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduğunu göstərir.

Məcburi köçkünlərin müraciətləri müvafiq qaydada qeydə alınıb. Müraciətlərin hər biri ayrı-ayrılıqda araşdırılacaq və qanuna uyğun tədbirlər görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.