CƏMİYYƏT


Məcburi köçkünlərlə növbəti görüş olub

Bakı, 18 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, sosial problemlərinin həllini dövlət siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyənləşdirib. Ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi barədə Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığının icrası davam etdirilir. Artıq inşası başa çatdırılmış bir neçə yaşayış kompleksi tezliklə istifadəyə veriləcək.

Dekabrın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti görüşə gələn vətəndaşlara bu barədə ətraflı məlumat verilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri və digər səlahiyyətli şəxslər iştirak ediblər.

Vətəndaşlar fərdi şəkildə qəbul edilib, onların müraciətləri dinlənilib. Müraciətlərin əksəriyyəti mənzil, məşğulluq, kommunal xidmətlər, vahid aylıq müavinətin təyin edilməsi və digər məsələlərlə bağlı olub.

Vətəndaşların qaldırdıqları məsələlərin qanunauyğun həll edilməsi ilə bağlı Dövlət Komitəsinin müvafiq strukturlarına konkret tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.